Azərbaycan Sambo Federasiyası Ermənistanın paytaxtı İrəvanda keçirilmiş Avropa çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb.
BUTA.TV xəbər verir ki, federasiya bu haqda bəyanat yayıb.
“Azərbaycan və Türkiyə millilərinin 10-12 noyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilmiş sambo üzrə dünya çempionatında iştirak etməməsinin səbəbi KİV-ə yalan məlumat ötürülməklə çatdırılmışdır. Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Karen Qiloyanın yerli mətbuata açıqlaması yalan və böhtanla doludur.
Bildirmək istəyirik ki, Azərbaycan Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyası (FIAS) tərəfindən diskvalifikasiya olunmayıb. Buna bariz nümunə FIAS-a 18 oktyabrda göndərdiyimiz rəsmi məktubdur. Orada göstərilib ki, aprel ayında İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan dövlət bayrağı yandırılıb.
İdman dəyərlərinə sığmayan bu hərəkəti və idmançılarımızın təhlükəsizliyinin qoruna bilinməyəcəyini nəzərə alaraq yarışda iştirak etməyəcəyimizi bildirmişik.
Bundan əlavə, Azərbaycan millilərinin diskvalifikasiya olunmamasını göstərən digər amil 6-8 oktyabrda Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş yeniyetmə və gənclər arasında dünya çempionatında sambo millimizin iştirakıdır. Ermənistan KİV-dən məlumatı yayarkən səhv məlumat yaymamağa, verilən istənilən açıqlamanı beynəlxalq qurumlar vasitəsilə dəqiqləşdirməyə çağırırıq”, - bəyanatda qeyd olunub.
- Yanan anbar “Trendyol”a məxsusdur? - Açıqlama
- Azərbaycanda yeni universitet yaradıla bilər
- Sumqayıtda bağçada təhlükə: ərazi nəzarətə götürüldü
- Rasim İldırımzadənin işi: Vəkillər həbssiz cəza xahiş etdilər
- Qohumunun evindən 20 minlik oğurluq edən şəxs saxlanıldı
- Vüsal Aslanov sərnişinlərdən üzr istədi
- Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
- Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı - Video