“Ankarada Şuşa mədəniyyət günləri” çərçivəsində noyabrın 14-də Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ankara valisi Vasip Şahinlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Aydın Kərimov özünün “X” sosial şəbəkə hesabında məlumat verib.
Xüsusi nümayəndə bildirib ki, çox səmimi və mehriban şəraitdə keçən görüşdə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində aparılan bərpa-quruculuq işləri nəticəsində şəhərin geri qayıtmaqda olan əzəməti, turizm potensialı və inkişafı barədə danışılıb. Bununla yanaşı, bu gün Şuşanın beynəlxalq arenada tanınması istiqamətində atılmaqda olan addımlar və həyata keçirilən layihələr barədə də məlumat verilib. Vasip Şahin Şuşa şəhərinə olan sevgisindən söz açıb və bu şəhərin inkişafı istiqamətində hər bir dəstəyə açıq olduğunu diqqətə çatdırıb.
Sonda xatirə hədiyyələri təqdim olunub.
- İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü
- Əli Əsədov yeni qərar imzaladı
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib