Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti yaxşılaşıb və həkimlərin müvafiq rəyindən sonra o, həbsxanaya köçürüləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərə açıqlamasında deyib.
“Dəfələrlə demişəm ki, biz məhbus Saakaşvili ilə bağlı tamamilə ədalətliyik. Bunu həm Gürcüstan məhkəmələri, həm də Strasburq məhkəməsi təsdiqləyib.
Aydın oldu ki, dövlət bu şəxsin sağlamlıq hüququna tam hörmət etmək üçün hər şeyi edir. Bildiyiniz kimi, onun vəziyyəti yaxşılaşıb, biz buna sevinirik və həkimlər müvafiq təminat verəndə o, islah müəssisəsinə köçürüləcək”, - nazir bildirib.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir