ABŞ-ın “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Yaxın Şərq regionuna uçuş həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
"Son 8 gündə 3-cü dəfə “B-1B Lancers” Mərkəzi Komandanlığın məsuliyyət zonasında missiyasını yerinə yetirib", - qeyd edilib.
Bildirilib ki, oktyabrın ortalarında ABŞ Böyük Britaniyadakı “Fairford” aviabazasına dörd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi göndərib.
O vaxtdan bəri onlar artıq Avropa, Afrika və Yaxın Şərq üzərində bir sıra uçuşlar həyata keçiriblər.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir