Avropa Birliyinin müşahidəçiləri indiyə kimi sərhəddə yaşanan hadisələrin qarşısını ala bilməyib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan deyib.
A.Rüstəmyan Ermənistan hakimiyyətinin qərarlarının ağır nəticələr verə biləcəyini qeyd edib:
“Bizə daha effektiv addımlar lazımdır. Ordunun müdafiə qabiliyyətini gücləndirməli, özümüzə müttəfiqlər tapmalıyıq. Müşahidə missiyasının ərazidə mövcud olması problemin həlli üçün kifayət deyil. Əksinə, bu, İran və Rusiya ilə münasibətlərdə problem yaradır. Artıq üçüncü dəfədir ki, KTMT iclasına qatılmırıq. Bunun çox ciddi nəticələri ola bilər. Biz isə Rusiya və Qərb arasındakı münaqişəni öz ərazimizə gətiririk. Bunun Ermənistan üçün nəticəsi dağıdıcı olacaq: münaqişənin qurbanına çevrilə bilərik. Azərbaycan bu vəziyyətdən öz xeyri üçün istifadə edir, biz isə əleyhimizə çeviririk. Düşmənlərimizdən öyrənməli olduğumuz şeylər var”.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir