MƏQAM MTK-nın vəzifəli şəxsləri tərəfindən Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yerləşən və paylı mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş müraciət üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.
Nərimanov rayon prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, araşdırmalarla Cəmil Qasımovun qeyd edilən MTK-nın icraçı direktoru vəzifəsində işləyərkən söküntü işlərinin aparılmasına dair müqavilə bağlanmış şəxsə guya həmin mənzildə payları olan şəxslərin razılığının alınması barədə yalan məlumat verərək ümumi sahəsi 111.2 kvadratmetr olan yaşayış sahəsinin 38.07 kv.metr hissəsinin qanunsuz sökülməsinə nail olması və nəticədə vətəndaşa 71 min manatdan artıq məbləğdə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Cəmil Qasımova Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir