Regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Söhbət zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənın alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılıb.
ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kauma isə öz növbəsində təmsil etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz mövqeyini bildirib.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir