Bizim əlimizdə statistik rəqəmlər var: həqiqi hərbi xidmət çağırışçılarımızın sayı ildən-ilə azalıb. Son 15 ildə hər il əvvəlki ilə nisbətən daha az çağırışçı olur.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin hakim Mülki Müqavilə fraksiyasından olan deputatı Ayk Sərkisyan jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, bu statistika narahatlıq doğurur:
“Vətəndaşlar xidmət etmək istəmirlər, hərbi xidmətdən yayınmaq üçün ölkədən gedirlər və vətəndaşlıqdan imtina edirlər.
2010-cu ildə bizdə 44 mindən çox çağırışçı var idi, sonrakı 9 il ərzində bu rəqəm 44 faiz azalıb, hazırda 24 mindir”.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir