Çövkən üzrə II dünya çempionatı Azərbaycanda keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev məlumat verib.
Federasiya rəsmisi bildirib ki, yarışın 2024-cü ilin sentyabrında təşkili planlaşdırılır:
“İştirakçı komanda sayının daha çox olmasına çalışırıq. Çövkən bizim üçün qədim, ənənəvi idman növü olsa da, bir çox ölkə üçün yenidir. İlk mərhələdə bu idman növünü tanıtmalı, ətrafımıza mümkün qədər çox komanda toplamalıyıq”.
Qeyd edək ki, çövkən üzrə I dünya çempionatı noyabrın 5-8-i aralığında 6 komandanın iştirakı ilə Binə Atçılıq Mərkəzində təşkil olunub. Yarışda keçirdiyi hər üç görüşdə qələbə qazanan Azərbaycan millisi dünya çempionatının qalibi olub.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir