Ödənişli yolda tariflərə yenidən baxılması zəruridir, bu tariflər endirilməlidiir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vahid Əhmədov deyib. O bildirib ki, azı 2-3 dəfə rayonda olub, amma ödənişli yolda şəxsi minik avtomobillərini görməyib:
“Ancaq beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir”.
Deputat hökumətdən xahiş edib ki, müharibə veteranları üçün 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması ilə əlaqədar qərar yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin.
Deputat eyni zamanda dövlət şirkətlərinin tədricən özəlləşdirilməsinin həyata keçirilməli olduğunu diqqətə çatdırıb:
“Həmin şirkətlərə dövlət büdcəsindən vəsaitin azaldılmasına və gələcəkdə özünü maliyyələşdirməsinə nail olunmalıdır. Belə şirkətlər kifayət qədər çoxdur”.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir