Xəbər verdiyimiz kimi, Gürcüstanın Poti limanı vasitəsilə Fransanın 20-dən çox “ACMAT Bastion” zirehli texnikası Ermənistana daşınmışdı.
BUTA.TV xəbər verir ki, “APRI Armenia”nın hərbi analitiki və tədqiqatçısı Leonid Nersisyan öz X sosial şəbəkəsindən fotolar paylaşaraq, Ermənistanın Gürcüstanın Poti limanı vasitəsilə fransız hərbi texnikası aldığını təsdiqləyib. Lakin o bildirib ki, hərbi texnika 20 deyil, ən azı 21 ədəddir.
Məlumatı Gürcüstan da təsdiqlənib. “APM Terminals Poti” şirkəti “Azadlıq” radiosunun Gürcüstan xidmətinə bildirib ki, Fransanın “Bastion” zirehli maşınlarının tranziti Ermənistan üçün nəzərdə tutulub:
“Bu yük AB ölkəsi olan Fransadan gəlib və sanksiyaların tətbiq olunmadığı Ermənistana göndərilib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən müəyyən edilmiş məhdudiyyətlər olmadığı üçün “APM Terminals Poti” sanksiyalar altında olmayan yükləri qəbul etməkdən əsassız olaraq imtina edə bilməz”, - Poti limanının əməliyyat şirkətinin bəyanatında deyilir.
- İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü
- Əli Əsədov yeni qərar imzaladı
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib