Birinci Qarabağ müharibəsi dönəmindən indiyə qədər hər kəsin dillər əzbəri olan “Marş irəli” mahnısı Xocalı faciəsindən sonra bəstələnib.
Bununla bağlı “Marş irəli”nin bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyev AzTV-nin efirində xatirəsini danışıb. O qeyd edib ki, musiqini 1992-ci ildə cəbhə bölgəsinə səfərdən qayıdarkən əsgərlərin ona verdiyi şeirin əsasında bəstələyib.
“Marş irəli” Xocalı faciəsindən sonra yasa qərq olan xalqın ayağa qalxmaq üçün ən çox dinlədiyi və oxuduğu mahnıya çevrilib. Xatırladaq ki, mahnının musiqisi Cavanşir Quliyevə, sözləri Əli Kərimə məxsusdur.
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir