Rusiya hakimiyyəti ölkəni demoqrafik bataqlıqdan çıxarmaq üçün qızların mənəvi-əxlaqi tərbiyəsi ilə ciddi məşğul olmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Marqarita Pavlova deyib.
Xanım deputat demoqrafik böhranın həlli üçün gənclər, xüsusən qızlar üçün ali təhsilin məhdudlaşdırılmasını təklif edib.
Pavlovanın sözlərinə görə, qızları təhsilə deyil, uşaq sahibi olmağa yönləndirmək gərəkdir:
“Ali təhsil alan gənclərin sayını çoxaltmaqdan əl çəkməliyik. Bu, onlara heç nə verməyəcək. Onlar ya tamam başqa sahədə çalışır, ya da fərqli nələrsə edir... Bu özünüaxtarış uzun illər davam edir və nəticədə reproduktiv funksiya getdikcə itir”.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir