Qan qrupunun bəzi qrup xəstəliklərə təsiri artıq sübut olunub.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, onkoloq Suna İsakova qan qrupunun xarakter və sağlamlığa təsiri barədə faktlar açıqlayıb.
“Bir çox tədqiqatlar II qrupun stressə daha davamlı olduğunu sübut edib. Təxmin edilir ki, I qrup ürək-damar xəstəliklərinə dözümlüdür, amma koronavirusu ağır keçirirlər.
II qrup insanlarında mədə xərçəngi riski yüksəkdir. II və III qruplarda şəkərli diabet daha çox yaranır. Amma təbii ki, bu qrupdan olan insanlar düzgün həyat tərzi keçirərsə, daha sağlam olarlar.
Yapon alimləri isə bildirib ki, ağır travma və yaralanmalarda sağ qalma şansı da qan qrupuna görə dəyişir.
I qan qrupu sahibləri ciddi travma və qəzalarda daha çox vəfat edir. Bunun səbəbi qan qatlığı ola bilər”, - onkoloq qeyd edib.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir