Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında III turun oyunları keçirilib.
BUTA.TV xəbər verir ki, II turda Slovakiyaya qalib gələn kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə İsveçlə üz-üzə gəlib. Yığma 3,5:0,5 hesabı ilə qələbə qazanıb. Rauf Məmmədov Tiqr Perrsona, Şəhriyar Məmmədyarov Erik Blomqvistə, Vasif Durarbəyli Hampus Sorensene qalib gəlib. Teymur Rəcəbov isə heç-heçəyə razılaşıb.
Hesabat turunda Niderlandı məğlub edən qadın şahmatçılardan ibarət Azərbaycan millisi bu turda da Polşa yığmasını üstələyib - 3:1. Ülviyyə Fətəliyeva və Xanım Balacayeva rəqiblərinə qalib gəliblər. Günay Məmmədzadə və Gülnar Məmmədova isə heç-heçə ediblər.
Qeyd edək ki, Avropa çempionatına noyabrın 21-i yekun vurulacaq.
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir