Xəbər verdiyimiz kimi, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün səhhəti pisləşdiyi üçün noyabrın ilk günündə xəstəxanaya yerləşdirilib.
BUTA.TV Bizim.Media-ya istinadən xəbər verir ki, əməkdar artistin köməkçisi G.Şükürlünün artıq evdə olduğunu bildirib:
"Gülbahar xanımın vəziyyəti ağırlaşdığı üçün o, ötən həftə xəstəxanaya yerləşdirilmişdi. Həkim müdaxiləsindən sonra vəziyyəti normallaşıb. Noyabrın 3-də Gülbahar xanım xəstəxanadan evə buraxılıb. Artıq bir həftədir ki, evdədir. Özünü ötən günlərə baxanda daha yaxşı hiss edir. Müalicələri həkim nəzarətində ev şəraitində davam edir. Ümid edirik ki, gələn həftə Gülbahar xanım efirlərə çıxacaq".
Qeyd edək ki, ötən həftə Gülbahar Şükürlü bildirmişdi ki, Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı onun başında xoşxassəli şiş aşkarlanıb.
Qarmon ustadı şişin ölçülərinin kiçik olduğundan əməliyyata ehtiyac olmadığını vurğulayıb. O, müalicələr aldığını söyləyib.
- Azərbaycanda terror törətmək istəyən əcnəbiyə hökm oxundu
- Təyyarədə adam öldü, məcburi Bakıya endi
- Şahrux Xandan azərbaycanlılara jest - Video
- İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir
- Xaçmaz İH Nadir Xudiyevlə 1,3 milyona anlaşdı
- Urmiya gölü yenidən qurumağa başladı
- Azərbaycan-Türkiyə qardaşlığı zirvələri fəth edəcək - MM sədri
- Azərbaycanla ticarət dövriyyəsi 15 milyarda çatdırılır - Səfir