Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Zalujnı Teleqram kanalında məlumat verib.
O, telefon danışığında Ukrayna qoşunlarının qış dövrü üçün planları və təcili ehtiyacları barədə müzakirələr apardıqlarını vurğulayıb.
"Avdeyevski, Kupyansk və Maryinka istiqamətləri ən qaynar nöqtələr olaraq qalır. Vəziyyət mürəkkəbdir. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri müəyyən istiqamətlərdə hücum əməliyyatlarını davam etdirir”, - deyə məlumatda bildirilib.
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək
- Azərbaycanda orta aylıq əmək haqqı 1100 manatı ötdü
- Bu kəndlərin adı dəyişir - I oxunuş
- Lökbatandakı yanğına 150 ton su istifadə edilib
- Xocavənd rayonuna daha 18 ailə yola salındı
- General Milli Məclisdə hesabat verir
- Yanan anbar “Trendyol”a məxsusdur? - Açıqlama