Yevlax şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Yevlax şəhərində 1991-ci il təvəllüdlü Əhməd Əhəd oğlu Nəsibov küçədə başından güllələnərək qətlə yetirilib. Mərhumun anası Simuzər Nəsibova bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı:
“Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu gün də oğlum çörək almaq üçün marketə getmişdi, sonra eşitdim ki, oğlumu güllələyiblər”-deyə mərhumun anası bildirib.
Qeyd edək ki, Ə.Nəsibov küçədə onu öldürməyə cəhd edən şəxsdən qaçmağa çalışsa da buna nail ola bilməyib və “Makarov” tipli tapançadan alın nahiyəsinə açılan atəş nəticəsində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1989-cu il təvəllüdlü Saleh Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Şəxsi münasibətlər zəminində baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Moskvadan kənarda görüş üçün şərt irəli sürdü
- Bu şəxslərin vərəsələrinə 4 misli müavinət veriləcək
- Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət...
- İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü
- Əli Əsədov yeni qərar imzaladı
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək