“Fransanın Gürcüstan üzərindən Ermənistana silah göndərməsi sadəcə biabırçılıqdır. Mən bu addımı Gürcüstandan gözləməzdim”.
Bu fikirləri "Report"un Gürcüstan bürosuna politoloq Simon Kapadze bildirib. S.Kapadze deyib ki, Gürcüstan hakimiyyətinin bu addımı gözlənilməz olub: "Bu addımın arxasında nəyin dayandığını bilmirəm. Niyə məhz indi? Gürcüstanın sülh müqaviləsinin imzalanması üçün çalışdığı zamanda bunun baş verməsi ağlasızmazdır”. Politoloqun sözlərinə görə, Gürcüstanın Azərbaycanla yaxın əlaqələrini sual altına qoymaq sadəcə ağılsızlıqdır:
“Gürcüstan tərəfinin lehinə hansısa söz demək, onun tərəfini tutmaq mənasız olar. Gürcüstan vətəndaşı olaraq mən sadəcə Azərbaycandan üzr istəyə bilərəm”.
- Moskvadan kənarda görüş üçün şərt irəli sürdü
- Bu şəxslərin vərəsələrinə 4 misli müavinət veriləcək
- Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət...
- İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü
- Əli Əsədov yeni qərar imzaladı
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək