Xankəndi şəhər stadionu Gənclər və İdman Nazirliyinin (GİN) balansına verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Sportinfo.az-a AFFA-dan məlumat verilib. Bildirilib ki, hazırda orada aparılan yenidənqurma işləri ilə nazirlik məşğuldur. Federasiyanın baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov yaxınlarda Qarabağa yollansa da, stadionda görülən tədbirlərə bilavastə GİN tərəfindən nəzarət edilir.
Bir müddət öncə başlayan söküntünun ilkin mərhələsi arxada qalıb. Qondarma rejimin “bayrağ”ının rənglərində olan oturacaqlar artıq zibilliyə atılıb. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri sökülüb.
Ən qısa zamanda arenaya yeni oturacaqlar quraşdırılacaq.
- Moskvadan kənarda görüş üçün şərt irəli sürdü
- Bu şəxslərin vərəsələrinə 4 misli müavinət veriləcək
- Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət...
- İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü
- Əli Əsədov yeni qərar imzaladı
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək