Qəzza Fələstin xalqının torpağıdır. ABŞ bunu qəbul etməlidir. Əgər Bayden “Xeyr, bura Fələstin xalqının deyil, işğalçı köçkünlərin və ya İsrailin torpağıdır” deyəcəksə, biz razılığa gələ bilməyəcəyik.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan qayıdarkən prezident təyyarəsində jurnalistlərə bildirib.
Ərdoğan qeyd edib ki, sammitə getməzdən əvvəl planlaşdırdığımız bütün mövzular yekun mətnə daxil edilib:
“Mətndə (Qətnamənin) əvvəllər heç vaxt müzakirə olunmayan, (israilli) köçkünləri terrorçu kimi müəyyən edən və hətta geostrategiya yaradan bir çox praktiki məqamlar var. İndi həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Ərəb Dövlətləri Liqasının bir araya gələrək bu addımı (qətnamə) atması çox vacibdir, çünki bu, iki təşkilatın tarixində ilk dəfədir ki, belə bir görüş keçirilir”.
- Moskvadan kənarda görüş üçün şərt irəli sürdü
- Bu şəxslərin vərəsələrinə 4 misli müavinət veriləcək
- Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət...
- İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü
- Əli Əsədov yeni qərar imzaladı
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək