Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) İcmasının təşkilatçılığı ilə Bərdə rayonun İmirli kəndində Folklor və etnoqrafiq sərgi keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə İcma rəhbəri professor Mahirə Nağıqızı məlumat verib.
O bildirib ki, Qərbi Azərbaycanın ən böyük ərazilərindən olan Dərələyəz mahalı zəngin folklor və etnoqrafik mədəniyyətə malikdir. Bu mədəniyyətin ən vacib elementlərindən bir folklordursa, digəri etnoqrafiyadır:
“Bu mənada Bərdə rayonunun İmirli kəndi təsadüfən seçilməyib. 1948-1953-cü illərdə Dərələyəz mahalından deportasiya edilmiş Çivə kəndinin əksər sakini, Sallı, Qozulca kəndləri və Göyçə mahalının Mollalı kəndinin bir hissəsi burada məskunlaşmışdır. İcma üzvləri Möhübbət Səmədoğlu, Səməd Vəkilov, Namiq Məmmədov və Leyla Calalova belə bir sərginin keçirilməsi ideyası ilə çıxış etdilər, mən də icma rəhbəri kimi dəstəklədim”.
Sərgidə İmirli kənd “Yallı qrupu”nun hazırladığı yallı rəqsləri, Dərələyəz mahalının Çivə, Sallı, Qozulca kəndlərindən vaxtı ilə gətirilmiş məişət əşyaları, qədim xalça nümunələri, həmçinin Dərələyəz mətbəxini əks elətdirən yeməklər nümayiş olunub.
M.Nağıqızı qeyd edib ki, bu sərgi əsasında gələcəkdə muzey yaradılması ideyası da maraq doğurur.
Qeyd edək ki, həmin gün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bərdə rayon Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği“ layihəsi çərçivəsində hazırlanmış “Qərbi Azərbaycana qaydış. İmirlidə məskunlaşma” kitabının tədimatı da baş tutub.
Kitabın müəllifi, “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov kitabda Azərbaycan türklərinə qarşı aparılmış deportasiyanın etno-siyasi əsasları, Qərbi Azərbaycanda ermənilərin kütləvi məskunlaşmasının tarixi mərhələləri, Dərələyəz və Göyçə mahallarının deportasiyaya məruz qalmış 100-dən çox sakininin şəxsi həyat hekayəsinin əksini tapdığını bildirib.
Tədbirin sonunda polkovnik Ənvər Quliyevə və Möhübbət Səmədoğluna “Müvəkkil” Hüquq Mərkəzinin fəxri dipolomları təqdim edildi.
- Moskvadan kənarda görüş üçün şərt irəli sürdü
- Bu şəxslərin vərəsələrinə 4 misli müavinət veriləcək
- Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət...
- İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü
- Əli Əsədov yeni qərar imzaladı
- Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi
- Keçidlərdə eskalator və liftlər yenilənir
- Temperatur 31 dərəcəyə yüksələcək