"Müxtəlif hesabatlardan və kəşfiyyat mənbələrindən əldə etdiyimiz məlumata görə, ötən il İstanbulda ruslar və ukraynalılar arasında razılaşma əldə olunub. Lakin ukraynalılar bunu amerikalıların göstərişi ilə imzalamayıblar".
BUTA.TV xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib. Baş nazir bu məlumatın bir gün məlum fakta çevriləcəyini iddia edib.
Ukraynanın şərqindəki böhranın ABŞ-ın hadisəyə qarışması ilə böyüdüyünü vurğulayan Orban müharibədə cəbhəyə göndərilən əsgərlərin sayına, silah-sursata və hərbi yardım üçün xərclənən vəsaitə diqqət çəkib:
"Macarıstan Ukraynaya silah transferini dəstəkləməyib. Mən, həmçinin macar vergi ödəyicilərinin pullarından Ukrayna ordusuna silah almaq üçün istifadə edilməsinin tərəfdarı deyiləm".
Macar lider Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarına başlamaq təklifinə də qarşı çıxıb.
Macarıstanın bu mövzuda mövqeyinin aydın olduğunu bildirən Orban deyib: “Ukrayna heç bir şəkildə Aİ-yə üzvlüklə bağlı danışıqlara hazır deyil. Macarıstanın mövqeyi aydındır. Danışıqlar əsla başlamamalıdır".
Qeyd edək ki, dekabrın ortalarında Aİ liderlərinin Ukraynanın birliyə rəsmi olaraq dəvət edilməsi ilə bağlı qərar verəcəyi gözlənilir.
- Hantavirus insandan insana nadir halda keçir - Rəsmi
- 67 yaşlı anasının başını kəsdi - Cinayət işinin detalları...
- Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr
- 70 ton yanacaq mənimsəmişdilər - Azadlığa buraxıldılar
- Bakı Limanında “Gadamly” quru yük gəmisinin qarşılanması...
- Bu ağacların kəsilməsinə icazə veriləcək
- Moskvadan kənarda görüş üçün şərt irəli sürdü
- Bu şəxslərin vərəsələrinə 4 misli müavinət veriləcək