Ermənistan Azərbaycanla Brüssel danışıqlarında səslənən üç prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda keçirilən panel müzakirəsində deyib. “Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.
İkinci prinsip - sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır.
Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasına aiddir”, - Paşinyan bildirib.
- Hantavirus insandan insana nadir halda keçir - Rəsmi
- 67 yaşlı anasının başını kəsdi - Cinayət işinin detalları...
- Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr
- 70 ton yanacaq mənimsəmişdilər - Azadlığa buraxıldılar
- Bakı Limanında “Gadamly” quru yük gəmisinin qarşılanması...
- Bu ağacların kəsilməsinə icazə veriləcək
- Moskvadan kənarda görüş üçün şərt irəli sürdü
- Bu şəxslərin vərəsələrinə 4 misli müavinət veriləcək