Mərhum müğənni-bəstəkar Rəhim Rəhimlinin mahnıları məşhur "Spotify" platformasına yüklənərək rəsmi şəkildə qeydiyyatdan keçirilib.
Bu barədə müğənni-bəstəkar Murad Arif məlumat yayıb. "Rəhim Rəhimlinin bütün audio və video arxivini şirkətimizə yönəltdim. Artıq onun musiqisi hər yerdə olacaq. Sağlığında da israrla bura gətirmək istədiyim bir ifaçı idi Rəhim. O vaxtlar dil tökdüm, lakin alınmadı.
"Muradik, köhnə mahnılarım kimə lazımdır? Arxiv evdədir. Köhnə kasetləri kimdir araşdıran? Nə edirsən yutub kanalını?" deyirdi. Öldükdən sonra qardaşı ilə bunu edə bildim. Bunu niyə deyirəm? Çünki kənardan o qədər can yandıranlar var ki... Amma heç kəs əməli surətdə bunu göstərmir. Bütün arxivin yayılmasında nə qədər səy göstərdim. Sağ olsaydı indi yenə deyərdi, "Muradik, yenə də sən..."
Ruhun şad olsun, dostum. Rəhimsevənlərə də gözəl, musiqili anlar diləyi ilə" deyə, Murad bildirib.
Qeyd edək ki, R.Rəhimli ötən ilin sentyabrında dünyasını dəyişib. (Axşam.az)
- Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
- Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu
- "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi