İnfarktın əsas və xarakterik simptomlarından biri sinədə ürək nahiyəsində güclü kəskin ağrıdır. Ağrı nitroqliserinin qəbulundan sonra keçmir, getdikcə artır.
Lakin nəzərə almaq lazımdır ki, bəzi hallarda infarkt özünü qeyri-adi simptomlarla büruzə verir. İnsan bu simptomları düzgün qiymətləndirməyə bilər ki, nəticədə bu çox ağır fəsadlara və hətta insanın ölümünə gətirib çıxarda bilər. Tanınmış rusiyalı həkim Aleksandr Myasnikovun sözlərinə görə, qadınlar və diabet xəstələrində infarkt zamanı sinədə xarakterik ağrı olmaya bilər. Həkim infarktın qeyri-adi simptomlarını sadalayıb:
- Soyuq tər
- Zəiflik
- Nəfəsalma problemləri
- Təngənəfəslik
- Öskürək.
Həmçinin həkim əlavə edib ki, infarkt həzm pozulmaları simptomları (mədədə yanma hissi, mədə qıcqırması) ilə müşayiət oluna bilər.
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir
- ADY-də qanvermə aksiyası keçirildi
- Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - Foto
- Hərbçilərimiz paraşüt tullanışlarını icra etdi - Video
- Prezident Bakı Olimpiya Stadionunda - Fotolar
- Hantavirus insandan insana nadir halda keçir - Rəsmi