Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanın Moskvada MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşündə həmkarlarına qoşulmaq istəməməsinə eyham vurub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə M.Zaxarova brifinqdə “Nyus.ru”nun Qriqoryanın bu görüşdə iştirak etməməsinin səbəbləri ilə bağlı sualını cavablandırarkən bildirib.
“Armen Qriqoryanla bağlı vəziyyətə aydınlıq gətirməyimizin mənası yoxdur. O, gəlməyə hazırlaşırdı, lakin iş cədvəlində dəyişiklik olduğunu əsas gətirərək gəlməkdən imtina etdi. Sonra gördük ki, o, İrəvanda ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş məsləhətçisini qəbul edib. Odur ki, nəticəni siz jurnalistlər özünüz çıxarmalısınız”, - o deyib.
M.Zaxarova, həmçinin qeyd olunan Moskva görüşündə Ermənistanın Rusiyadakı səfiri ilə təmsil olunduğunu, təmsilçilik səviyyəsini dövlətlərin özlərinin müəyyən etdiyini bildirib.
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir
- ADY-də qanvermə aksiyası keçirildi
- Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - Foto
- Hərbçilərimiz paraşüt tullanışlarını icra etdi - Video
- Prezident Bakı Olimpiya Stadionunda - Fotolar
- Hantavirus insandan insana nadir halda keçir - Rəsmi