Qarabağdan qovulmuş erməni separatçılarının Bakıda həbsdə saxlanılan keçmiş başçılarından yeni xəbər var.
BUTA.TV xəbər verir ki, özünü buraxmış keçmiş qondarma “Artsax liderləri”nin sağlamlıq vəziyyəti və saxlanma şəraiti barədə məlumat onların ailələrinə çatdırılıb. Bu barədə Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 19-20 sentyabr antiterror tədbirlərindən sonra saxlanılaraq Bakıya aparılmış 16 nəfər, o cümlədən qondarma “Artsaxın liderləri” haqqında məlumatlar həmin şəxslərin yaxınlarına təqdim olunub. Bu məlumata onların səhhəti, saxlanma şəraiti, eləcə də fotoları daxil edilib.
Ermənistan nümayəndəsi bu məlumatların Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə əldə edildiyini bildirib.
Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin mətbuat katibi Hasmik Samvelyan bildirib ki, hazırda Avropa İnsan Haqları Məhkəməsi rəsmi İrəvanın saxlanılan şəxslərlə bağlı etirazını araşdırır.
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
- “Cip” sürücüsünə qarşı quldurluq edənlərə ağır cəza - Video
- 460 uşağın dərsə davamiyyəti bərpa edildi
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir
- ADY-də qanvermə aksiyası keçirildi