“Son günlər Ermənistan - Rusiya münasibətlərində gərginlik yaranıb. Moskvada keçiriləcək MDB dövlətləri Təhlükəsizlik Şurası rəhbərlərinin toplantısına Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan getməyəcək. Bu, Rusiyanın təşəbbüsü ilə toplanan tədbirdir və Ermənistanın oraya getməkdən imtina etməsi müəyyən şübhələr doğurur. Bundan əvvəl isə Ermənistan KTMT-nın toplantısına qatılmamış , bu təşkilatın hərbi təlimlərində nümayişkaranə iştirak etməmişdi.”
BUTA.TV xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında hazırda Türkiyənin Ərciyəz universitetində çalışan professor Qafar Çaxmaqlı söyləyib. “Son aylarda Rusiya üçün əhəmiyyət kəsb edən bütün tədbirlərdə Ermənistanın təmsil olunmaması və bir neçə gün əvvəl Maltada Ukraynanın təşəbbüsü ilə keçirilən anti-Rusiya tədbirində həmin TŞ katibi Armen Qriqoryanın iştirak etməsi Rusiyanı narazı salmışdı və Rusiya XİN sözcüsü Mariya Zaxarovanın dilindən Ermənistana sərt xəbərdarlıq edilmişdi:
“Biz bütün bunlara rəsmi İrəvanın anti-Rusiya jesti kimi baxırıq”. Həqiqətən də həmin tədbirdə Ermənistanla bağlı heç bir məsələ yox idi və erməni təmsilçinin burada iştirakı da ölkəsində belə, tənqid olunmuşdu. Məsələ burasındadır ki, baş nazir Paşinyan “ Ermənistan vektorunu dəyişdirmir” desə də, faktiki olaraq Fransa və Almaniya və hətta ABŞ-la son zamanlar aparılan danışıqlarda mövqe dəyişikliyi olduğu görünməkdədir və iqtisadiyyatının böyük bir bölümünün Rusiyaya aid olan bu ölkənin başqalarının əlində vasitə olması, Rusiyaya qarşı Qərbin apardığı siyasətin tərkib hissəsinə çevriləcəyi açıq görünməkdədir.
Rusiya Ermənistanın apardığı siyasətin mahiyyətini yaxşı anlayır və Qərbin vasitəsilə onun Cənubi Qafqazdan çıxarılmasının nəticə verməyəcəyini də bilir. Qalır növbəti addımı atmaq... Hazırda Rusiya Ermənistanı necə cəzalandıracağı barədə yollar fikirləşməkdədir”,-deyə şərhçi vurğulayıb.
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
- “Cip” sürücüsünə qarşı quldurluq edənlərə ağır cəza - Video
- 460 uşağın dərsə davamiyyəti bərpa edildi
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir
- ADY-də qanvermə aksiyası keçirildi