Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.
Dövlət başçısının sözlərinə görə, bu əməliyyatlar, eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız.
“Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror tədbirlərinə ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb”, - Prezident bildirib.
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
- “Cip” sürücüsünə qarşı quldurluq edənlərə ağır cəza - Video
- 460 uşağın dərsə davamiyyəti bərpa edildi
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir
- ADY-də qanvermə aksiyası keçirildi