Azərbaycanın yeni tarixində, yəni son 100-150 ilinə nəzər salanda qəddimizi düzəldən, millət olaraq qürur verən, xalq olaraq bizi “kodlaşdıran” 3 önəmli hadisəni göstərmək olar.
BUTA.TV xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“ADR-in elanı – bu müasir respublika ənənələri yaratmaqla yaddaşımız, siyasi “genlərimiz” üçün yaxşı “vaksin” rolunu oynadı. Dövlət müstəqilliyimizin bərpası – bu addım dünyada millətlər arasında yer tutmağımıza səbəb oldu, müstəqilliyin nə qədər böyük nemət olduğunu sübut etdi. 44 Günlük Vətən Savaşı və ərazi bötövlüyümüzün, suverenliyimizin bərpası – bu qəddimizi düzəltdi, qürurumuzu yerinə qaytardı və ən önəmlisi, qalib Xalq kimi rifah dövlətinin qurulmasını Şəhidlər, Qazilər qarşısında boynumuzun borcu, əsas vəzifəmiz olduğunu göstərdi.
Xankəndi və Qarabağ heç vaxt bugünkü qədər Azərbaycanın olmamışdı – bu qüruru bizə bəxş edən Əsgərimizə, Ordumuza, Xalqımıza, Ali Baş Komandana təşəkkürlər! Bayramımız mübarək!”, - Cəfərli bildirib.
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
- “Cip” sürücüsünə qarşı quldurluq edənlərə ağır cəza - Video
- 460 uşağın dərsə davamiyyəti bərpa edildi
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir
- ADY-də qanvermə aksiyası keçirildi