Ukrayna Silahlı Qüvvələrinin Donetskə endirdiyi zərbələrə görə Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Biz Kiyev rejiminin Donetskə hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili açıq iclasının keçirilməsini xahiş etmişik”, - diplomat deyib.
TŞ iclasının bu gün keçirilməsi gözlənilir.
Qeyd edək ki, ötən gün Ukrayna hərbçiləri Donetskə son zamanların ən böyük hava hücumlarından birini həyata keçirib. Rusiyanın nəzarətində olan Donetskə endirilən aviazərbələr nəticəsində 20 nəfər ölüb.
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək
- Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video