Balakən rayon sakini Vlazim Nəsibov axşam saatlarında avtomobili idarə edərkən elə sükan arxasında halı pisləşərək dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunda, Balakən rayonunun Katex kəndi ərazisində qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, “jiqulu” markalı avtomobili idarə edən 60 yaşlı Vlazim Nəsibov magistralda avtomobil idarə edərkən səhhəti qəflətən pisləşib. O, çətinliklə avtomobili kənara çəkərək saxlayıb və elə sükan arxasından yerə yıxılıb.
Hadisəni kənardan müşahidə edən sakinlər yetişənə kimi Vlazim Nəsibov oradaca keçinib.
Hadisə yeri müvafiq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müayinə edilib, ilkin təhqiqat aparılıb. Daha sonra sürücünün meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə aparılıb.
İlkin məlumatlara əsasən rayon sakini ürəktutmadan vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb.
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək
- Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video