"Müsavat" Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının apellyasiya şikayəti təmin olunmayıb.
BUTA.TV xəbər verir ki, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.
İclasda şikayət təmin olunmayıb və 1-ci instansiya məhkəməsinin qərarı dəyişilməz saxlanılıb.
Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.
O, qərardan narazı qaldığı üçün apellyasiya şikayəti verib.
- Ermənistanın bu hüquqdan danışması absurddur - Bakı
- Bakı-Kazan marşrutu üzrə bütün uçuşlar dayandırılır
- Prezidentin qızları Bakıda növbəti həyətlərin açılışında - Foto
- Ermənistan niyə narahatdır?
- Bakı axtarışda olan şəxsi Monakoya təhvil verdi
- Bakı Yunus Əmrə İnstitutuna yeni direktor təyin olundu
- İran generalından Azərbaycan mesajı
- Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib?