İsrail hərbçiləri Qəzzadakı “Ər-Rantisi” uşaq xəstəxanasına hücum etməyə hazırlaşır və tibb müəssisəsinin rəhbərliyindən binanı boşaltmağı istəyib.
BUTA.TV xəbər verir ki, bu barədə xəstəxananın həkimlərindən biri “Əl Cəzirə” telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda xəstəxanada azı 70 uşağın həyatı gözlənilən zərbə səbəbindən təhlükə altındadır.
Fələstin Səhiyyə Nazirliyi beynəlxalq ictimaiyyəti xəstəxanaya hücumun qarşısını almaq üçün mümkün qədər tez müdaxilə etməyə çağırıb.
İsrail ordusundan məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- Prezident Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək