Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb. Onlara məxsus silah və hərbi texnikalar planlı təmir üçün göndərilib.
BUTA.TV xəbər verir ki, sülhməramlıların Şuşa yaxınlığındakı mövqelərindən çəkilərkən Rusiya bayrağının endirilməsi görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Hudson İnstitutunun baş elmi işçisi, amerikalı politoloq Lük Koffi görüntülərə münasibət bildirib. O həmin əraziyə daha əvvəl səfər etdiyini deyib:
“2022-ci ilin mart ayında Şuşadan çıxarkən həmin bayraq dirəyinin fotosunu çəkmişdim. Rusiya bayrağının buradan endirilməsini görməkdən məmnunam”.
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- Prezident Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək