Gələn ildən Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılacaq.
BUTA.TV xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, vergi ödəyicisinin və yaxud başqa borclu şəxsin vergi orqanının qərarlarından, vergi orqanının vəzifəli şəxsinin hərəkətlərindən şikayətlərinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. Amma şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyyən edilməsi üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətində uzadıla bilər. Müddətin uzadılması barədə şikayət vermiş şəxsə 3 iş günü ərzində məlumat verilir.
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- Prezident Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək