Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ Dövlət katibi Entoni Blinkeni qucaqlamaqdan imtina etməsinə səbəb Amerika diplomatiya rəhbərinin bir qədər əvvəl göstərdiyi nəzakətsizlik olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb. Məlumata görə, Fidan və Blinkenin görüşündən kadrlar Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunur:
“Görüşdə əl sıxışmadan sonra Blinken bir addım irəli ataraq Fidanı qucaqlamağa çalışsa da, türkiyəli nazir bir addım geri çəkilərək dövlət katibinin əlini sıxmağa davam edir. Blinkenin maşını Türkiyə XİN-in binasına çatanda Fidan maşından düşüb nazirliyin qapısı qarşısında dayanır - hər gələn qonağı nazir belə qarşılayır. Telefonla danışan Blinken maşından düşməyincə Fidan binaya qayıdıb. Fidan Blinkenin diplomatik nəzakətsizliyinə cavab olaraq ABŞ dövlət katibinin onu qucaqlamaq cəhdini rədd edib”.
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- Prezident Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək