Türkiyə vətəndaşı Beyləqanda avtomobili su kanalına aşırıb, 4 nəfər xəsarət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Türkiyə vətəndaşı Murat Kavaklı idarə etdiyi "Mitsubişi L200 Pikap" markalı avtomobillə Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yolunun Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisindən keçən hissəsində Yuxarı Qarabağ kanalı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirdiyindən avtomobil yolun sağ kənarında yeni inşa edilən beton su kanalına aşıb.
Nəticədə Murat Kavaklı, həmin avtomobildə sərnişin qismində əyləşmiş digər Türkiyə vətəndaşları - 1968-ci il təvəllüdlü Kamal Çelik, 1995-ci təvəllüdlü Əmrə Bakıçı və 1992-ci təvəllüdlü Gəncə şəhər sakini Emin Məmmədov bədən xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- Prezident Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək