Avroviziya-2024 seçimlərinin daha bir mərhələsi uğurla başa çatıb.
Kult.az xəbər verir ki, münsiflər artıq 15 namizəd arasından 6-sını seçib.
İTV-nin yaydığı məlumata əsasən ölkəmizi bu il beynəlxalq musiqi yarışmasında təmsil edəcək namizədlərin siyahısına Emy Lia, Mila Miles, İlkin Dövlətov, Etibar Əsədli, Aisel, Fahree, Qorqud və Səbinə Quluzadə daxil olub.
Qeyd edək ki, səhnə adı Aisel olan müğənni və bəstəkar Aysel Məmmədova 2018-ci ildə Azərbaycanı sözügedən yarışmada təmsil edib. Yarışmaya ikinci dəfə qatılmağa qərar verən ulduz "X my heart" mahnısı ilə 11-ci yeri tutmuşdu.
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- Prezident Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək