Azərbaycan Ermənistandan normallaşma məsələsində konstruktiv mövqe tutmasını və bu unikal şansı bir daha qaçırmamasını gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da Buxarestdə rumıniyalı həmkarı Luminica Odobesku ilə birgə mətbuat konfransında deyib.
O söyləyib ki, Azərbaycanın suverenliyinin tam bərpası Ermənistanla münasibətlərin normallaşması üçün yeni perspektivlər yaradır. Ancaq XİN başçısı onu da qeyd edib ki, münasibətlər qarşılıqlı hörmət əsasında normallaşmalıdır və bu cür normallaşma təkcə Azərbaycan və Ermənistanın maraqlarına cavab vermir, həm regionda, həm də ondan kənarda digər ölkələrlə əməkdaşlığın inkişafına imkan yaradacaq.
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- Prezident Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək