Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin əməkdaşı Əli Fərəcov vəfat edib.
BUTA.TV xəbər verir ki, ötən gün səhər işə getmək üçün evdən çıxan 72 yaşlı Ə.Fərəcova zəng çatmadığı üçün ailə polisə müraciət edib.
Axtarışlar nəticəsində bu gün günorta saatlarında mərhumun cansız bədəni anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapılıb. İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfat ildönümü olub. Hər il olduğu kimi Ə.Fərəcov bu dəfə də anasının qəbrini ziyarət etməyə gedib.
Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.
Qeyd edək ki, uzun illər idman jurnalistikasında çalışmış Ə. Fərəcov 1951-ci il martın 29-da doğulub. Onun metropolitendə 45 ildən artıq təcrübəsi var. Uzun müddət “Metro” qəzetinin baş redaktoru olub.
Təqaüdə çıxdıqdan sonra isə Bakı Metropoliteni QSC rəhbərliyi onun təcrübəsini nəzərə alaraq müqavilə əsasında əməkdaşlığa cəlb edib.
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video