Qaradağ rayonunda ana və qızı yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılıblar
“BUTA TV”nin məlumatına görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Yaşadıqları evin balkonunda aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yerə düşüb. Son anda qızını xilas etmək istəyən anası da müvazibətini itirərək onunla birlikdə yıxılıb. Hadisə nəticəsində ana dərhal ölüb, qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin saytımıza verdikləri məlumata görə, bədbəxt hadisə nəticəsində ölən ananın adı Pərvanə olub. Təxminən 35-40 yaşlı qadın müəllim imiş.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video