İsrailin baş naziri Benyamin Netanyahu Qüds məsələləri və yəhudi irsi naziri Amihay Eliyahunu Nazirlər Kabinetinin iclaslarında iştirakını növbəti xəbərdarlığa qədər dayandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb. Məlumata görə, buna səbəb Eliyahunun Qəzza zolağına nüvə bombası atılmasını təklif edən çıxışı olub.
“Eliyahunun sözləri doğru deyil və reallıqdan uzaqdır. İsrail və ordu mülki insanlara zərərin qarşısını almaq üçün beynəlxalq hüququn ən yüksək standartlarına uyğun fəaliyyət göstərir və biz bunu qələbəyə qədər davam etdirəcəyik”, - Netanyahu bildirib.
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video