“Bakı Tikinti Konstruksiyaları” ASC ləğv edilir.
"BUTA.TV" İqtisadiyyat.az-a istinadla bildirir ki, bununla bağlı şirkət səhmdarlarına müraciət edib. Belə ki, dekabrın 7-də “Bakı Tikinti Konstruksiyaları” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Ümumi yığıncaqda Cəmiyyətin ləğv edilməsi müzakirə olunacaq. Ləğvetmə komissiyası yaradılacaq və komissiyanın səlahiyyətləri müəyyənləşdiriləcək.
Qeyd edək ki, əvvəllər “Bakı Tikinti Konstruksiyaları” şirkətinin təşkilati-hüquqi forması QSC olub. Ötən ay səhmdarları bir araya gələrək bu formanı ASC-yə dəyişdiriblər.
Xatırladaq ki, şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun sabiq müşaviri Şahin İbadova məxsus olduğu bildirilir. Mətbuatda bununla bağlı mütəmadi materiallar dərc olunub. Nəhayət, o, bir müddət əvvəl vəzifəsindən azad olunub.
- Ermənistanın bu hüquqdan danışması absurddur - Bakı
- Bakı-Kazan marşrutu üzrə bütün uçuşlar dayandırılır
- Prezidentin qızları Bakıda növbəti həyətlərin açılışında - Foto
- Ermənistan niyə narahatdır?
- Bakı axtarışda olan şəxsi Monakoya təhvil verdi
- Bakı Yunus Əmrə İnstitutuna yeni direktor təyin olundu
- İran generalından Azərbaycan mesajı
- Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib?