Almaniyalı diyetoloq Andra Şmidt darçının insan orqanizminə xeyrindən danışıb.
“Darçın bir çox yeməklərə gözəl ətir verir. Amma deməliyəm ki, xoş qoxu və daddan əlavə, ədviyyat sağlamlığa müsbət təsir göstərir”, - deyə diyetoloq bildirib. Həkimin fikrincə, darçın orqanizmi ürək-damar xəstəliklərindən qoruyur: “Gündə bir neçə qram darçın qanda LDL xolesterol və trigliseridin səviyyəsini azaldır”.
“Darçın həm də efir yağları və antioksidantlar sayəsində iltihab əleyhinə təsir göstərir. Ədviyyat həm də antispazmodik təsirə malikdir - o, meteorizmin qarşısını alır və mədə-bağırsaq pozğunluğunda kömək edir”, - həkim qeyd edir.
Nəhayət, darçın qan şəkərinin səviyyəsinə böyük təsir göstərir. Ona görə də darçından profilaktik məqsədlər üçün, həmçinin şəkər xəstəliyinin müalicəsində də istifadə olunur.
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video