Xorvatiya xarici işlər naziri Qordan Radman Berlində keçirilən AB nazirlərinin sammitində Almaniya xarici işlər naziri Annalena Berboku öpməyə cəhd edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Bildirilib ki, Radman əvvəlcə alman həmkarının əlindən tutub, daha sonra Berbokun dodaqlarından öpmək istəyib. Lakin Berbok ondan cəld yayına bilib.
Nəşrin məlumatına görə, bu hadisə ona görə baş verib ki, xorvat nazir fotosessiyaya gecikib. Həmin vaxta kimi bütün nazirlər bir-biriləri ilə salamlaşdıqları üçün Radman alman həmkarını öpmək istəyib.
Daha sonra o, Berbokdan bu addımına görə üzr istəyib.
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin