ASALA terror təşkilatı yeni video yayıb. Videoda üzü bağlı olan üç terrorçu Qarabağda baş verənlərə görə günahın Nikol Paşinyanda olduğunu və onun cəzalandırılacağını bəyan ediblər.
BUTA.TV xəbər verir ki, ASALA-nın adından yayılan bu bəyanat Ermənistanda ciddi müzakirələrə səbəb olub. Paşinyana qarşı Qarabağla bağlı ittihamlar fonunda 1999-cu il ssenarisinin – parlamentin gülləboran edilməsi – təkrarlana biləcəyi təhlükəsinin olduğu deyilir. Lakin ASALA terrorçularından olan Vazgen Sislyan bu videonu təkzib edib. Bildirib ki, onlar belə bir bəyanat verməyiblər. V.Sislyan ASALA terror təşkilatının ləğv edilmədiyini də açıqlayıb.
Daha sonra ASALA terror təşkilatı da bəyanat yayıb və yayılan videonu təkzib edib.
Bu videonun Paşinyan hakimiyyəti tərəfindən təşkil edildiyi və “iqtidara təhlükə var” görüntüsü yaratmaq məqsədi daşıdığı istisna edilmir. Hərçənd, videonun yayılmasından sonra verilən reaksiyalar ASALA terror təşkilatının hələ də fəaliyyət göstərdiyini təsdiq edir.
ASALA və digər erməni terror təşkilatlarının hədəfi Azərbaycan və Türkiyə olub. Qarabağda erməni separatizminin ləğvindən sonra terror təşkilatının “üzə çıxması” yeni risklərin ola biləcəyi ehtimalını ön plana çıxarır. ASALA-nın xüsusilə xaricdə diplomatlarımızı və diaspor üzvlərimizi hədəfə ala biləcəyi təhlükəsi həmişə mövcuddur.
- Mingəçevirdə su təchizatı yenidən qurulur - Video
- Ölkəmizə yeni təcili yardım avtomobilləri gətirildi
- COP29-da iştirak edəcək bu şəxslər üçün peyvəndlər gətirildi
- Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına qadağa - Foto
- Daha bir tiktoker həbs edildi - Foto
- Bakıda bu ərazidə binada yanğın başladı - Video
- COP29-a görə metrolarda tibb məntəqələri yaradılır
- COP29-la əlaqədar tibb müəssisələri hazır vəziyyətə gətirildi