Rusiya ABŞ-ın qanuni oğru kimi tanıdığı erməni cinayətkarı axtarır

11:16 - 4 Noyabr 2023 - KRİMİNAL

 Rusiya ABŞ-ın qanuni oğru kimi tanıdığı erməni cinayətkarı axtarır

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi “Robson” ləqəbi ilə tanınan Ruben Tatulyanı axtarır.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Tatulyanın Kubanda ən böyük mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri olduğu bildirilir. Məlumata görə, Tatulyan Soçidə yaşayış binaları və ticarət mərkəzlərinin tikintisində fırıldaqçılıq edib. Rusiya təhlükəsizlik qüvvələrinin axtardığı erməninin hazırda xaricdə olduğu deyilir. Onun 2022-ci ildə Abxaziyada diplomatik pasport aldığı bildirilir.

Tatulyan və onun yoldaşı Andronik Mumjian oğurluğa görə bu ilin sentyabr ayında axtarışa veriliblər. Həmin vaxt onlar artıq Rusiyadan kənarda olublar.

2017-ci ildə Tatulyan ABŞ Maliyyə Nazirliyi tərəfindən “Qanuni oğrular” siyahısına salınıb.

Bu xəbər hal-hazırda çox oxunur
Şahrux Xandan azərbaycanlılara jest - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol