Amerikalı milyarder, “Meta”nın rəhbəri Mark Sukerberq sparrinq zamanı çarpaz bağlarını yırtıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə sahibkar instaqramda yazıb. Sukerberqin sözlərinə görə, o, yenicə əməliyyatdan çıxıb. O, gələn ilin əvvəlində baş tutmalı olan MMA döyüşünə hazırlaşdığını, ancaq indi ertələnəcəyini vurğulayıb.